Daha bir hakimimizin kateqoriyası yüksəldildi

13:52 - 30 May 2018

UEFA 2018-2019-cu il mövsümünün birinci yarısı üçün futzal hakimlərinin kateqoriyasını açıqlayıb.

 

Spotal.az xəbər verir ki, buna qədər üçüncü kateqoriyada yer alan Yusif Nurullayev ikinci kateqoriyaya, birinci kateqoriyada yer alan Elçin Səmədli isə geriləyərək ikinci kateqoriyaya daxil edilib.  

 

Digər FİFA referilərimiz - Ramil Namazov və Hikmət Qafarlı isə üçüncü kateqoriyada qərarlaşıb.

 

Xatırladaq ki, futbol üzrə FİFA referimiz Əliyar Ağayev 1-ci kateqoriyaya yüksəldilib.

Xəbər xətti