"Barselona"nın ulduzu "Liverpul" yolunda

15:50 - 30 May 2018

Fabinyonu 50 milyon avroya "Monako"dan transfer edən "Liverpul" bu dəfə "Barselona"nın futbolçusuna göz dikib.

 

Sportal.az xəbər verir ki, İspaniya mətbuatında yer alan xəbərlərə görə, ötən yay 105 milyon avroya "Borussiya"dan transfer olunan Usman Dembele ilk mövsümü uğursuz keçirib. Fransa millisinin hücumçusunu isə "Liverpul" heyətində görmək istəyir. Bu keçidin reallaşmasını komandanın baş məşqçisi Yurgen Klopp arzu edir.

 

Zədələrlə mübarizə aparan 21 yaşlı ulduz cəmi 17 oyunda meydana çıxıb. Dembele 3 qol vurub, 6 assist edib.

Xəbər xətti