Türkiyə klubunun yeni baş məqşçisi müəyyənləşdi

18:52 - 30 May 2018

Türkiyənin "Sivasspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi Tamer Tuna ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.41 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Tamer Tunanın son iş yeri "Göztəpə" olub. İzmir təmsilçis onun rəhbərliyi altında mövsümü 6-cı pillədə başa vurub.

Xəbər xətti