Almaniya millisinin məşqində qalmaqal

19:11 - 30 May 2018

Almaniya yığması DÇ-2018-in hazırlıqlarını davam etdirir. Millinin məşqi zamanı insident yaşanıb.

 

Sportal.az xəbər verir ki, məşq zamanı yaşanan ikili mübarizədən sonra Joşua Kimmixlə Antonio Rüdiger arasında mübahisə baş verib.

 

Futbolçuların mübahisəsi dava-dalaş həddinə qədər yüksəlib. Yalnız yığma komandanın məşqçilər korpusunda yer alan Miroslav Klozenin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, Almaniya millisi hazırda 27 nəfərlə hazırlaşır. Yekun heyətə 23 futbolçu daxil ediləcək.

Xəbər xətti