Ronaldo İspaniyada klub alır

00:19 - 1 İyun 2018

Braziliya millisinin və Madrid “Real”nın sabiq futbolçusu Ronaldo İspaniyada klub almaq üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, veteran hücumçu Sequndada çıxış edən “Real Valyadolid”i almaq üçün 30 milyon avro xərcləməyə hazırdır. İspaniya mətbuatının məlumatına görə, klubun prezidenti Karlos Suares bu rəqəmin az olduğunu bildirib və təklifi rədd edib. Ronaldo məbləği artırıb-artırmayacağı ilə bağlı qərar verməyib.

 

"Real Valyadolid" 2013/14-cü il mövsümündə La Liqa ilə vidalaşmışdı.

Xəbər xətti