Roman Qriqorçukun danışıqlar aparıdğı klub müəyyənləşdi

00:25 - 1 İyun 2018

"Qəbələ"dən ayrılan Roman Qriqorçukun yeni klubu müəyyənləşə bilər.

 

Sportal.az xəbər verir ki, ukraynalı məşqçinin karyerasını Qazaxıstanda davam etdirmək variantı var. Qazaxıstan mətbuatının yaydığı məlumata görə, 53 yaşlı mütəxəssis "Astana" klubu ilə danışıqlar aparır. Tərəflər razılıq əldə etsə, Qriqorçuk "Astana"nın "sükanı arxası"na keçəcək.

 

Qeyd edək ki, 2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə UEFA Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.

Xəbər xətti