"Neftçi"nin xanım azarkeşlərinə müjdə

13:27 - 1 İyun 2018

Ölkəmizdə futbol daha çox kişilər tərəfindən sevilir. Stadionlarda da buna şahidlik etmək mümkündür. Ancaq sevindirici məqam da var. Azərbaycanda xanım azarkeşlərin də sayı artmaqdadır. Zəriflər oyunları ancaq TV qarşısında deyil, stadiona gələrək, izləyirlər.

 

Ölkəmizdə daha bir komandanın qadınlardan ibarət fan-klubu yaradılıb. "Neftçi"nin rəsmi "Ladies of "Neftchi" fan-klubu yaradılıb. Fan-klub Xəyalə Şahlarlının liderliyilə ötən gün fəaliyyətə başlayıb. "CBC Sport" kanalının əməkdaşının məqsədi "Neftçi"nin xanım fanatlarını bir araya toplamaq və sevimli komandalarına tribunada dəstək verməkdir. 

 

Sportal.az saytı Şahlarlının xoş arzularını öyrənib. Həmkarımız qarşısına ciddi hədəflər qoyduğunu vurğulayıb:

 

"Təşəbbüs məndən gəldi. Fan-kluba rəhbərlik edəcəm. "Neftçi"nin xanım fanatlarını bir araya toplamaq istəyirik. Komandamıza tribunadan dəstək vermək istəyirik".

Xəbər xətti