"Keşlə" Avropa Liqası üçün stadion sifariş etdi

13:57 - 1 İyun 2018

2017/18 mövsümündə ölkə kubokunu qazanan “Keşlə” ölkəmizi Avropa Liqasında təmsil edəcək. Qitənin nüfuzuna görə ikinci klub turnirində çıxış edəcək qəsəbə klubu mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

 

Sportal.az xəbər verir ki, turnirdə “Keşlə” UEFA-ya ev oyunlarını keçirmək üçün “Dalğa Arena”nı sifariş edib. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.


Səbuhi bəy "Keşlə"nin ev oyununu keçirdiyi "İnter Arena"da təmir işlərinin başlamadığını da bildirib.

Xəbər xətti