Tərlan Əhmədovun ardından onlar da "Neftçi"dən göndərildi

“Neftçi”də əsas komandanın bütün məşqçiləri ilə yollar ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb. Məlumata görə, əsas komandanın məşqçi heyəti ilə müqavilələrə xitam verilib. Bununla da, Novruz Əzimov, İqor Getman, Mehman Babayev, Rauf Salamov və Dmitro Qolovko bakılılardan ayrılıb.

 

Qeyd edək ki, ötən gün baş məşqçi Tərlan Əhmədov “Neftçi”dən ayrılmışdı.

Tarix: 1 İyun [14:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 İyun 2018
23  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio