"Neftçi"dən ayrıldı, "Sumqayıt"a keçir

14:00 - 2 İyun 2018

Elnur Cəfərov "Neftçi"də də uğurlu karyera yaşamadı.

 

“Xəzər Lənkəran”da parlayan, daha sonra isə klubdan göndərilən, “Real Ovyedo”ya keçidi alınmayan, “Tondela”da qısa macəra yaşayan və qalmaqalla ayrılan gənc futbolçu “Duqopolye”də də axtardığı xoşbəxtliyi tapa bilmədi, "Neftçi"yə gəldi. Lakin Cəfərov bu komandada da əsas heyət üzvü sayılmadı, vaxtını əvəzedicilərdə keçirdi.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı vinger "ağ-qaralar"dan ayrılıb. Onun "Sumqayıt" variantı var. Bu transferin tezliklə rəsmiləşəcəyi gözlənilir.

Xəbər xətti