Polşa klubuna keçmədi, "Keşlə" ilə müqavilə imzaladı

15:07 - 2 İyun 2018

"Keşlə" ilə müqaviləsi başa çatan milli komandamızın üzvü Slavik Alxasov komandası ilə müqavilə müddətini uzadıb.

 

Bu barədə Sportal.az-a açıqlamasında 25 yaşlı futbolçu bildirib. Cinah müdafiəçisi Polşa Ekstraklasasında mübarizə aparan "Piast"dan təklif alsa da, "Keşlə"də qalıb. Alxasov Qliviçe təmsilçisini seçməməsini bu cür izah edib: "Keşlə" ilə yeni müqavilə imzalayacam. Qərarımı artıq vermişəm. Qalmaq istədim, çünki bu komanda mənə uğurlu oldu. "Keşlə" mənə doğmalaşıb".

 

Qeyd edək ki, Alxasov başa çatan mövsümdə Premyer Liqada 28 oyun (1944 dəqiqə) keçirib və 4 qol vurub.

Xəbər xətti