La Liqa klubunda yeni baş məşqçi

16:38 - 2 İyun 2018

İspaniyanın "Leqanes" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Maurisio Pelleqrino çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, 46 yaşlı argentinalı mütəxəssisin son iş yeri İngiltərənin “Sauthempton” klubu olub. O, “Leqanes”də "Real Sosyedad"ın baş məşqçisi təyin olunmuş Asyer Qaritanonu əvəzləyib.

Xəbər xətti