Kubokun formatı dəyişdi

2019/20 mövsümündən başlayaraq İspaniya kuboku fərqli formatda keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı İspaniya Kral Futbol Federasiyası yayıb. 

 

Yeni qaydalara görə, komandalar 1/4 finala qədər cəmi bir dəfə üz-üzə gələcəklər. Yalnız 1/4 final və yarımfinal qarşılaşmalarında komandalar ev-səfər sistemi ilə mübarizə aparacaqlar.

 

Hazırkı formata görə, komandalar 1/16 final mərhələsindən başlayaraq 2 oyundan sonra qalibi müəyyənləşdirirlər.

Tarix: 2 İyun [17:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio