Məşhur mütəxəssis "Neftçi"nin təklifini rədd etdi

12:15 - 3 İyun 2018

Tərlan Əhmədovla yolları ayıran “Neftçi” baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, əcnəbi mütəxəssis axtaran “ağ-qaralar” italiyalı Andrea Stramaççioniyə təklif göndərib. "Tuttomercatoweb" saytının məlumatına görə, 42 yaşlı mütəxəssis isə Azərbaycanda çalışmaq istməyib və təklifi rədd edib. Mütəxəssis İngiltərədə çalışmaq arzusundan olduğu üçün bu addımı atıb. Onun "Aston Villa"nın "sükanı arxası"na keçmək variantı var.

 

Qeyd edək ki, Stramaççioni son olaraq Praqa "Sparta"sını çalışdırıb. O, “İnter”, “Udineze” və “Panatinaikos” klublarında da baş məşqçi olub.

Xəbər xətti