Millimizin üzvü mövsüm son matçında da oynamadı

12:59 - 3 İyun 2018

İspaniya Sequndasında mövsümə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” 42-ci tur çərçivəsində doğma meydanda “Reus” ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

 

Eddinin adı həmişə olduğu kimi, bu qarşılaşmanın da iştirak ərizəsinə daxil edilməyib.

 

“Alkorkon" mövsümü 52 xalla 22 iştirakçı arasında 13-cü pillədə başa vurub.

Xəbər xətti