Millimizin üzvü "Levante"də

14:42 - 3 İyun 2018

“Araz”ın və futzal üzrə Azərbaycan milli komandasının üzvü Everton Kardoso karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, “Araz”la müqaviləsi may ayında başa çatan Qalo ləqəbli müdafiəçi “Levante” ilə ortaq məxrəcə gəlib və 2018/19-cu il mövsümünü bu komandanın heyətində keçirəcək.

 

Qeyd edək ki, 2016-cı ilin yayında “Araz”a cəlb edilən Qalo indiyə qədər 10 rəsmi oyunda millinin formasını geyinib. Klubunu dəyişən “13” nömrə Azərbaycan millisindəki karyerasını davam etdirəcək. 

Xəbər xətti