"Roma"nın futbolçusunun "Real" arzusu

17:08 - 3 İyun 2018

"Roma"da sərgilədiyi oyunla nəhəng klubların radarına düşən Alisson Beker oynamaq arzusunda olduğu klub açıqlanılıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvü Madrid "Real"ında çıxış etmək istəyir. 25 yaşlı qapıçı ilə "Liverpul" və "Çelsi" də maraqlanır. 

 

Daha öncə Braziliya millisinin sabiq üzvü Kafu Alissonun "Roma"dan ayrılacağını və "Real"a transfer olacağını söyləmişdi.

 

"Roma" Alissonu rənglərinə bağlamaq istəyən klublara 90 milyon avro qiymət oxusa da, onu satmağa tələsmir. Bekerin dünya çempionatında göstərəcəyi performans onun satış qiymətinin artmasına da təsir edəcək.

 

Qeyd edək ki, Alissonun "Roma" ilə müqaviləsi 2021-ci ilə qədərdir. O, ötən mövsüm 49 oyundan sonra qapısında 47 qol görüb və 22 oyunda qapısında top buraxmayıb.

Xəbər xətti