"Başakşəhər"in futbolçusu La Liqa klubunun hədəfində

19:24 - 3 İyun 2018

"Başakşəhər"in futbolçusu Edin Vişça komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı vinger İspaniyada çıxış edə bilər. Bosniya və Herseqovina millisinin üzvü La Liqa təmsilçisi "Vilyarreal"ın transfer hədəfindədir. "Sarı sualtı qayıq" bu keçid üçün İstanbul klubuna 4 milyon avro ödəməyə hazırdır.

 

"Başakşəhər"dəki missiyasını tamamladığını düşünən Vişça ötən mövsüm Super Liqada 33 oyuna 9 qol, 16 assistlik möhtəşəm performansla yadda qalıb. Vişça 2011-ci ildən "Başakşəhər"də oynayır.

Xəbər xətti