"Fənərbaxça"nın yeni prezidenti bəlli oldu: Əziz Yıldırımın 20 illik dönəmi başa çatdı

00:01 - 4 İyun 2018

Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkiləri baş tutub.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngində 20 il sonra prezidentlik postu əl dəyişib.

 

Belə ki, bu müddət ərzində “Fənərbaxça”ya rəhbərlik etmiş Əziz Yıldırım bu dəfə seçkilərdə qalib gələ bilməyib. O, prezidentliyə digər namizəd Ali Koçla rəqabətdə uduzub.

 

Qeyd edək ki, Ali Koç “Fənərbaxça” tarixinə 33-cü prezident kimi keçib.

Xəbər xətti