Emin Mahmudov "Neftçi"də qaldı

12:56 - 4 İyun 2018

Avropa Liqasında çıxış edəcək "Neftçi" müqaviləsi başa çatan Emin Mahmudovla bağlı qərar verib.

 

Sportal.az-ın məlumatına görə, "ağ-qaralar" millimizin üzvü ilə müqavilə müddətini uzadacaq. Millinin toplanışından sonra Mahmudov rəsmi sözləşməyə imza atacaq.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən il "Neftçi"yə "Boavişta"dan ayrıldıqdan sonra keçmişdi. O, "Neftçi"də 27 oyuna 2 qol vurub.

Xəbər xətti