"Qarabağ" Pedronun keçidi üçün PAOK-a nə qədər ödəyib?

13:13 - 4 İyun 2018

Ötən mövsüm icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.

 

Sportal.az xəbər verir ki, braziliyalı vingerin Saloniki təmsilçisində taleyi qaranlıqdır. Çempionlar Liqasında mübarizə aparacaq Yunanıstan klubu heyəti daha güclü futbolçulardan qurmaq istəyir və bu səbəbdən Pedro planlara daxil deyil. Komandanın baş məşqçisi Razvan Luçesku 27 yaşlı futbolçu ilə bağlı qərarı iyunun 19-da verəcək.

 

Yunanıstan mətbuatında yer alan məlumata görə, "Qarabağ" ötən mövsüm Pedronu icarəyə götürmək üçün PAOK-a 166 min avro ödəyib. PAOK Enrikeni "Qarabağ"a 3 milyon avroya da satmağa razı olub. Ancaq Ağdam təmsilçisi bu məbləği ödəmək istəməyib.

 

Pedro "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.

Xəbər xətti