Millinin kapitanı müəyyənləşdi

17:31 - 4 İyun 2018

Almaniya millisinin dünya çempionatında kapitanı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millinin kapitanlıq bazubəndi qolkiper Manuel Noyerə həvalə ediləcək.

 

Avstriya ilə yoxlama görüşündə uzun müddət sonra yaşıl meydanlara geri dönən 32 yaşlı qolkiper özünü yaxşı tərəfdən göstərib və dünya çempionata aparılacaq heyətə daxil edilib.

 

Almaniya millisi mundialda İsveç, Cənubi Koreya və Meksika milliləri ilə bir qrupda mübarizə aparacaq.

Xəbər xətti