Ture Qvardiolanı irqçilikdə günahlandırdı: "Qaradərili oyunçulara fərqli cür yanaşırdı"

"Mançester Siti"dən ayrılan Yaya Yure komandanın baş məşqçisi Pep Qvardiolanı irqçilikdə ittiham edib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı kot-d-ivuarlı yarımmüdafiəçi bildirib ki, ispaniyalı mütəxəssis afrikalı futbolçulara fərqli cür yanaşıb:

 

 "Oynamadığımı anlaya bilmirdim. Məşqçilərdən məşqlərin və oyunların statistikalarını almışdım. Hətta gənc futbolçulardan da göstəricilərim yüksək idi. Anladım ki, bu, fiziki göstəricilərə görə deyil. Səbəbini bilmirəm, amma Pep Qvardiola bəzən məni bir rəqib kimi görürdü. Mənimlə tərs davranırdı. Bədənimin rəngindən olduğunu düşünürəm. "Barselona"da bu halla rastlaşmışıq. Qaradərili oyunçulara fərqli cür yanaşırdı. Biz afrikalılara digər futbolçularla davrandığı kimi etmirdi. Ancaq siz Pep Qvardioladadan bu haqda soruşun, inkar edəcək. O, ağıllı, hiyləgər adamdır və tələyə düşməz. Bunu heç vaxt qəbul etməz. Əgər bunu etiraf etsə, ona keks verəcəm".

 

Qeyd edək ki, Ture "Barselona" və "Mançester Siti"də Qvardiolanın rəhbərliyi altında çıxış edib.

Tarix: 5 İyun [10:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio