"Liverpul"un ulduzu "Real"ın qapısından döndü

11:38 - 5 İyun 2018

Madrid "Real"ının "Liverpul"un əsas silahlarından biri olan Sadio Mane ilə anlaşma nöqtəsinə gəldiyi iddiaları yayılıb.

 

Sportal.az xəbər verir ki, "Liverpul" seneqallı futbolçunu "Real"a satmağa razılıq verib, ancaq Maneni heyətdə israrla görməyi arzulayan Zinəddin Zidanın istefası bu transferi düyünə salıb. Fransa mətbuatının məlumatına görə, Mane Zidanın transfer siyahısında olub, lakin onun "kral klubun"dan getməsi bu keçidə də mane olub.

 

Qeyd edək ki, 26 yaşlı vinger 2016-cı ildə 41 milyon avro qarşılığında "Sauthempton"dan "Liverpul"a keçib. Mane başa çatan mövsümdə 44 oyuna 20 qol vurub, 9 assist edib.

Xəbər xətti