Ben Arfa İspaniyaya yollanır

16:47 - 5 İyun 2018

PSJ-dən ayrılan Hatem Ben-Arfanın yeni klubu bəlli olmayıb.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq üzvü İspaniyada çıxış edə bilər. 31 yaşlı yarımmüdafiəçi ilə La Liqada çıxış edən "Sevilya", "Real Betis", "Valensiya" və "Vilyarreal" klubları maraqlanırlar. Ben Arfanın bu klublardan birinə keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, Ben Arfa ötən mövsüm PSJ-də heç bir oyunda meydana çıxmayıb.

Xəbər xətti