Buffon 3 oyunluq cəzalandırıldı

00:37 - 6 İyun 2018

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Real" cavab görüşündə qırmızı vərəqə alan və baş hakim Maykl Oliveri təhqir edən Canluici Buffonun cəzası açıqlanıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın Nizam-İntizam Komitəsi 40 yaşlı qolkiperi 3 oyunluq cəzalandırıb.

 

"Yuventus"dan ayrılan qapıçı "Real" 3:1 hesabı ilə qalib gəldikləri oyunun son dəqiqələrində təyin edilən penalityə etiraz edərək, qırmızı vərəqə almışdı.

Xəbər xətti