"Sumqayıt"ın futbolçusundan "Səbail" açıqlaması: "Seçimimdə yanılmaq istəmirəm"

15:31 - 6 İyun 2018

Cari mövsümdə "Sumqayıt"da inamlı təsir bağışlayan Vüqar Bəybalayev adından söz etdirdi.

 

24 yaşlı yarımmüdafiəçi sərgilədiyi oyunla Premyer Liqanın digər təmsilçilərinin transfer radarına düşüb. İddialara görə, Bəybalayevi "Səbail" rənglərinə bağlamaq istəyir. Sportal.az saytına danışan futbolçu bu iddialara münasibət bidlirib:

 

"Bəli, "Səbail"dən mənə təklif gəlib. Bundan əlavə, şükürlər olsun ki, başqa iki təklifim də var. Həmçinin, "Sumqayıt" da mənimlə müqaviləni uzatmaq niyyətindədir. İstəyirəm ki, ən düzgün qərarı verim. Seçimimdə yanılmaq istəmirəm. Ancaq rəsmi olaraq, müqavilə imzaladığım komanda yoxdur. Hazırda danışıqlar gedir. Yaxın günlərdə qərarımı verəcəm".

 

Vüqar başa çatan mövsümdə "Sumqayıt"ın heyətində 30 oyun (2400 dəqiqə) keçirib. 

Xəbər xətti