Mahmud Qurbanov: "Necə razılıq ola bilər ki, mənim məlumatım olmasın?"

15:47 - 6 İyun 2018

"Sumqayıt"da baş məşqçi tapmacası davam edir.

 

Son olaraq, millinin sabiq məşqçisi Mahmud Qurbanovun adı "Gənclik şəhəri" təmsilçisi ilə hallandı. Sportal.az-a danışan 45 yaşlı mütəxəssis iddiaları təkzib edib:

 

"Mənimlə heç danışmayan olmayıb axı. Necə razılıq ola bilər ki, mənim bundan məlumatım olmasın? Ümumiyyətlə, mənə təklif yoxdur. Olan şeyi deyirəm. "Sumqayıt"dan təklif almamışam".

 

Qeyd edək ki, Samir Abasovun istefasından sonra "Sumqayıt"ın baş məşqçisi açıqlanmayıb.

Xəbər xətti