"Neftçi" italiyalı məşqçi ilə müqavilə imzalayacaq

16:14 - 6 İyun 2018

Tərlan Əhmədovla yolları ayıran “Neftçi” baş məşqçi axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, əcnəbi mütəxəssis axtaran “ağ-qaralar” italiyalı Roberto Bordinə təklif göndərib. "Tuttomercatoweb" saytının məlumatına görə, 53 yaşlı mütəxəssislə danışıqlar tamamlanmaq üzrədir. Bordin "ağ-qaralar"la iki illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Bordin son olaraq, "Şerif"də çalışıb. Onun rəhbərliyi altında "Şerif" ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşmışdı və iki oyunun nəticəsinə görə, mübarizəni dayandırmışdı.

Xəbər xətti