"Qalatasaray"dan ilk transfer

18:44 - 6 İyun 2018

Türkiyə çempionu "Qalatasaray" ilk transferini reallaşdırmaq üzrədi.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Akhisarspor"un yarımmüdafiəçisi Muğdat Çelikin keçidini həll edib. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edilib. Akhisar təmsilçisi ilə sözləşməsi başa çatan Muğdatı "cim bom" təzminat ödəmədən transfer edəcək.

 

Qeyd edək ki, təcrübəli vinger son mövsümdə "Akhisarspor"un heyətində Super Liqada 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti