Latviya - Azərbaycan oyununun təyinatları açıqlandı

11:11 - 7 İyun 2018

Latviya - Azərbaycan yoxlama oyununun hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, matç Belarus Futbol Federasiyasından Denis Şerbakova həvalə olunub.Ona həmyerliləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.

 

Qeyd edək ki, oyun iyunun 9-u Riqanın “Dauqava” stadionunda keçiriləcək.

Xəbər xətti