Əliyar Ağayev İsveçrəyə yollanacaq

12:38 - 7 İyun 2018

İsveçrənin Nyon və Cenevrə şəhərlərində UEFA-nın təşkilatçılığı ilə elit və birinci kateqoriyaya daxil olan hakimlər üçün kurs keçiriləcək.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayev də tədbirdə iştirak edəcək. Kurs avqustun 1-dən 3-dək baş tutacaq.

Xəbər xətti