Ronaldo "Real"dan ayrılmaq qərarı verdi

15:32 - 7 İyun 2018

Çempionlar Liqasının finalında "Liverpul"a qalib gəldikləri oyundan sonra ayrılıq atəşini yandırıb yaxan Kriştiano Ronaldo barədə maraqlı iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, "Record" qəzetinin məlumatına görə, 33 yaşlı hücumçu "kral klubun"dan ayrılacaq. Portuqaliyalı ulduz Florentino Peresin yeni müqavilə təklifini geri çevirib. Məlumatda qeyd edilib ki, Ronaldo Peresə "Pul mənim üçün önəmli deyil" deyib. Ayrılıq qərarında baş məşqçi Zinəddin Zidanın da gedişinin təsiri olub.

 

Ronaldonun İtaliya, Fransa və İngiltərə klublarından birinə keçəcəyi gözlənilir.

Xəbər xətti