"Fənərbaxça"da yeni təyinat

19:19 - 7 İyun 2018

Türkiyə "Fənərbaxça" klubunun yeni idman direktoru təyin olunub.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Damyen Komolli ilə 3 illik razılıq əldə edib. Yeni idman direktoru ilə iyunun 12-də "Şükrü Saracoğlu" stadionunda rəsmi müqavilə imzalanacaq. 
 
Qeyd edək ki, fransalı Damyen Komolli Fransanın "Monako", İngiltərənin "Arsenal", "Liverpul" və "Tottenhem" klublarında müxtəlif vəzifələrdə işləyib.

Xəbər xətti