"Neftçi"nin yeni baş məşqçisi Bakıya gəldi VİDEO

10:47 - 8 İyun 2018

"Neftçi"nin yeni baş məşqçisinin adına bu gün rəsmən aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, komandanın yeni baş məşqçisi artıq Bakıya gəlib. Klubun "YouTube" kanalı yeni çalışdırıcının paytaxta gəlməsi ilə bağlı video paylaşıb. Həmin şəxsin üzü görünməsə də, Roberto Bordin olduğu ehtimal olunur.

 

"Neftçi" ilə ilkin razılığa gələn italiyalı mütəxəssisin bu gün təqdimolunma mərasimi baş tutacaq.

 

 

 

Xəbər xətti