"Qarabağ"dan ayrılan futbolçu üçün daha bir təklif

11:03 - 8 İyun 2018

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına rəsmi olaraq aydınlıq gəlməyib.

 

Sportal.az xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü daha bir təklif alıb. 29 yaşlı futbolçunun xidmətində Türkiyə Super Liqasına vəsiqə qazanan "Ərzurumspor" klubu maraqlıdır. Debütant Şehiçə rəsmi təklif göndərib. Daha öncə İtaliya A Seriyasına vəsiqə qazanan "Parma" ilə razılığa gəldiyi iddia olunan Şehiç qərarını tezliklə verəcək.

 

Qeyd edək ki, Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyənin "Mersin" klubundan transfer olunmuşdu.

Xəbər xətti