Seks qalmaqalı davam edir: Millimizin üzvü 5 illik həbs oluna bilər

11:35 - 8 İyun 2018

Azərbaycan millisinin və İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov həbs oluna bilər. 

 

Sportal.az xəbər verir ki, "Alkorkon" klubunda çıxış edən futbolçu ömrünün 5 ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər.

 

26 yaşlı futbolçu "Eybar" klubunda çıxış etdiyi vaxt komanda yoldaşları - Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır.  Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. İsrafilov isə həmin videonu sosial şəbəkədə paylaşdıqdan sonra silmişdi. Enrix və Lunanı çətin vəziyyətə salan millimizin üzvünün taleyi qaranlıq altdadır. Enrix, Luna və İsrafilovu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi iki ilə yaxındır ki, davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir.

 

Videonu yayan futbolçular, həmçinin İsrafilovu qanunlara əsasən, 2 ildən 5 ilədək həbs cəzası gözləyir. İki ilə yaxındır davam edən məhkəmənin yaxın vaxtlarda yekun qərarı açıqlayacağı gözlənilir. 

 

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb.  Yığmamızın yeni baş məşqçisi Qurban Qurbanov hələlik "Alkorkon"da möhkəmlənə bilməyən futbolçuya dəvət göndərməyib.  

Xəbər xətti