Millimizin üzvü: "Səhvlərdən nəticə çıxarmaq istəyirik"

00:39 - 9 İyun 2018

Azərbaycan milli komandasının üzvləri Latviya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi fikirlərini bölüşüblər.

 

Sportal.az sizi həmin açıqlamalarla tanış edir:

 

Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudu. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.

 

Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdı. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə çalışacam”.

 

Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.

Xəbər xətti