Millimiz Latviyanı məğlub etdi YENİLƏNİB

20:50 - 9 İyun 2018

Yığmamız Millətlər Liqasına hazırlıq çərçivəsində bu gün son yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda səfərdə Latviyanın qonağı olacaq.

 

Qeyd edək ki, bu, yığmamızın Qurban Qurbanovun rəhbərliyi altında 6-cı oyunu olacaq. Bunadək Belarus və Qazaxıstana uduzan yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Qırğızıstana qalib gəlib.

 

9 iyun

Yoldaşlıq görüşü

 

19:00. Latviya – Azərbaycan - 1:3

Qollar: Robert Uldriks, 90+3 - Maksim Medvedev, 20, Cavid İmamverdiyev, 57, Emin Mahmudov, 62
Hakimlər: Denis Şerbakov, Yuri Xomçanka, Andrey Xetsikov (hamısı Belarus)
Dördüncü hakim: Aleksandr Anufriyev (Latviya)
Riqa, “Dauqava” stadionu

Xəbər xətti