"Qəbələ" nigeriyalı hücumçu üçün təklif göndərdi

14:41 - 9 İyun 2018

Baqali Dabo ilə müqavilə uzatmaq barədə razılıq əldə edə bilməyən "Qəbələ" fransalı hücumçu ilə danışıqları davam etdirir. Bununla yanaşı, "qırmızı-qaralar" alternativ variantlara da nəzər yetirir.

 

Sportal.az xəbər verir ki, şimal təmsilçisi "Skenderbeu"da çıxış edən Ceyms Adeniyini transfer hədəfinə alıb. "Qəbələ" nigeriyalı hücumçunun keçidi üçün 120 min dollarından keçməyə hazırdır. Körçe klubu bu təklifə cavab verməyib.

 

Danışılmış oyunlara görə avrokuboklardan kənarlaşdırılan "Skenderbeu" İdman Arbitiraj Məhkməsinə müraciət edib və cəzanın aradan qalxmasını istəyib. Əgər bu müraciət müsbət cavablansa, "Skenderbeu" nigeriyalı hücumçu daxil olmaqla, əsas oyunçularını satmayacaq.

 

Qeyd edək ki, Ceyms Adeniyi "Skenderbeu"ya 2016-cı ildə Albaniyanın "Laçi" klubundan transfer olunub.   

Xəbər xətti