Elvin Məmmədovun yeni klubu bəlli oldu

15:50 - 9 İyun 2018

"Qəbələ"dən ayrılan Elvin Məmmədovun yeni klubu bəlli olub.

 

Milli komandamızın sabiq üzvü karyerasını "Sumqayıt"da davam etdirəcək. Bu barədə Sportal.az-a "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, onunla razılıq əldə olunub.

 

Qeyd edək ki, Elvin ötən mövsüm "Zirə"dən "Qəbələ"yə keçmişdi. Məmmədov Premyer Liqada başa çatan mövsümdə 11 oyunda (503 dəqiqə) 2 qol vurub.

Xəbər xətti