İsrail klubunun futbolçusu "Sumqayıt"da

16:34 - 9 İyun 2018

"Sumqayıt" transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İsrailin yüksək liqasında çıxış edən "Hapoel Raanana" klubunun yarımmüdafiəçisi Əli Babayev karyerasını "Sumqayıt"da davam etdirəcək. Bu barədə saytımıza komandanın baş məşqçisi Nazim Süleymanov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan əsilli futbolçu ilə razılıq əldə edilib.

 

Qeyd edək ki, 27 yaşlı futbolçu son mövsümdə 15 oyunda (818 dəqiqə) meydanda olub. Babayev "Hapoel Raanana" klubunun yetirməsidir. Əli 2010-12-ci illərdə icarə əsasında "Hapoel Marmarok"da çıxış edib.

Xəbər xətti