Argentina millisində dəyişiklik

17:55 - 9 İyun 2018

Dünya çempionatına az müddət qalmış Argentina millisinin heyətində dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki, zədə səbəbində heyətdən kənarlaşdırılan Manuel Lanzinin əvəzinə Enzo Peres yığmaya dəvət alıb. "River Pleyt"in 32 yaşlı yarımmüdafiəçisi millinin 23 nəfərlik iştirak ərizəsinə daxil edilib.

 

Argentina D qrupunda İslandiya, Xorvatiya və Nigeriya ilə eyni qrupda qərarlaşıb.

Xəbər xətti