Sabiq "Bakı"lı "Antalyaspor"da

19:11 - 9 İyun 2018

"Bakı" klubunun sabiq baş məşqçisi Bülənt Qorxmazın yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Super Liqa təmsilçisi "Antalyaspor" klubu ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qorxmaz bu vəzifədə Hamza Hamzaoğlunu əvəz edib.

 

Qeyd edək ki, Bülent Qorxmaz 2009-2010-cu illərdə “Bakı”nın baş məşqçisi olub.

Xəbər xətti