Qurban Qurbanov: "Komandada müsbətə doğru çox dəyişiklik gördüm"

Bu gün Latviya millisi ilə yoldaşlıq oyunu keçirən və böyükhesablı qələbə qazanan Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:0 hesablı qələbəni belə şərh edib:

 

“10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım. Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçularda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq. Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm. UEFA Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir”.

Tarix: 9 İyun [22:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Avqust 2018
19  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio