Emin Mahmudov: "Son məğlubiyyətdən sonra xarakter göstərdik"

00:29 - 10 İyun 2018

“Nəticəyə baxmayaraq, çətin matç oldu. Aqressiv oyun göstərə bildik".

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Emin Mahmudov deyib. Yarımmüdafiəçi yığmamızın heyətində Latviyaya qarşı keçirdikləri matç haqda danışıb. O, məşqçinin tapşırıqlarını yerinə yetirdiklərini bildirib:  Məşqçinin istədiyi hücum futbolunu nümayiş etdirə bildik. Düzdür, topu arzulanan səviyyədə idarə edə bilmədik. Əsas odur ki, son məğlubiyyətdən sonra xarakter göstərə bildik".

 

Qeyd edək ki, millimizin Latviyanı 3:1 hesabı ilə məğlub edib. 

Xəbər xətti