Əsgərov Latviyada növbəti qolunu vurdu

13:53 - 10 İyun 2018

Latviya Birinci Liqasında 8-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “JDFS Alberts” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Vüqar start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

 

Komandasının qollarından birini də Əsgərov vurub. O, 73-cü dəqiqədə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 8-ə çatdırıb.

 

“Dauqavpils” 8 turdan sonra 19 xalla ikinci pillədə qərarlaşıb.

Xəbər xətti