Nazarov: "Baş məşqçidən əlavə 3-4 gün vaxt istəyəcəm"

17:56 - 10 İyun 2018

Milli komandamızın və Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi millinin toplanışından sonra istirahətə yollanıb. O, yorulduğunu və klubun baş məşqçisi Hannes Dryusdan əlavə 3-4 günlük istirahət üçün vaxt istəyəcəyini deyib: "İstirahət mənim üçün vacibdir. Baş məşqçidən də icazə alacam və komandaya gec qoşulacam. Mövsümdə tək fiziki deyil, psixoloji cəhətdən də yoruldum. Bu mövsüm daha yorğun və gərgin keçdi".

 

Qeyd edək ki, Nazarovun “Aue”dən olan komanda yoldaşları istirahətə yollansalar da, o, millimizin toplanışına qatılıb. Təcrübəli futbolçu hazırlıq çərçivəsində Qırğızıstan (3:0) və Qazaxıstanla qarşılaşmalarda (0:3) meydana çıxıb, Latviya ilə oyunda (3:1) isə ehtiyatda qalıb.

 

Xəbər xətti