Şakiri "Liverpul"a transfer olur? - "Agentim çalışır"

18:53 - 10 İyun 2018

Premyer Liqada Çempionşipə düşən "Stok Siti"nin futbolçusu Xerdan Şakiri komandadan ayrılmaq qərarı verib.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvünün adı "Liverpul"la hallanır. 26 yaşlı yarımmüdafiəçi bu iddialara münasibət bildirib:

 

"Enfild" möhtəşəm stadiondur. Hazırda nəsə söyləmək istəmirəm. Agentim transfer üçün çalışır. Premyer Liqada qalmaq mənim üçün mükəmməl olardı. İngiltərədən ayrılmaq istəməzdim. Amma digər variantlara da nəzər yetirəcəyik. Milli komandaya və dünya çempionatına köklənmişəm".

 

Şakiri 2015-ci ildə "İnter"dən "Stok Siti"yə transfer olmuşdu.

Xəbər xətti