"Roma" Di Françesko ilə davam edir

"Roma" baş məşqçisi Eusebio di Françeskonun fəaliyyətindən razıdır.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu mütəxəssislə müqaviləni uzatmaq qərarına gəlib. 48 yaşlı mütəxəssislə 2021-ci ilə qədər saziş imzalanacaq. Anlaşmaya görə, italiyalı çalışdırıcının illik maaşı 2 milyon avro olacaq.

 

Qeyd edək ki, Di Françesko ötən mövsüm "Roma"nın "sükanı arxası"na keçmişdi. Onun rəhbərliyi altından "canavarlar" A Seriyasında mövsümü 3-cü pillədə başa vurmuş, Çempionlar Liqasında isə yarımfinala qədər irəliləmişdi.

Tarix: 11 İyun [00:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Avqust 2018
20  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio